Yanvarın 26-da Azad Fikir Universitetinin qonağı iqtisadçı Qubad İbadoğlu idi. O, tələbələrə Azərbaycanın 2010-cu il üçün büdcəsi haqqında danışdı.
Yanvarın 19-da AFU-nun qonağı tanınmış hüquqşünas Erkin Qədirli idi. O, bu dəfə gerçəklik və onun qurulması haqqında danışdı.
Yanvarın 14-də AFU-da dövrümüzdə kitab oxumağın nə qədər aktual olması müzakirə olundu. Qonaqları tanınmış yazıçılar Əli Əkbər və Seymur Baycan, eləcə də Nigar Köçərli idi.
Yanvarın 12-də AFU yeni ildə ilk tədbirini keçirdi. Bu dəfə tələbələr Azərbaycan gəncliyi və Avropa mövzusunda interaktiv mühazirədə iştirak etdilər.
Dekabrın 24-də AFU-nun qonağı enerji və beynəlxalq münasibətlər üzrə mütəxəssis Bəxtiyar Aslanbəyli idi. O, Qafqazda geosiyasi və enerji məsələləri haqqında tələbələrə mühazirə oxudu.