
Azad Fikir Universitetində 10-cu həftə xarici qonaqlar, maraqlı mühazirələr və klub görüşlərinin yeni formata keçməsi ilə yadda qaldı.
Dekabrın 8-də Azad Fikir Universitetinin qonaqları 4-cü Bakı Biennalesində ABŞ-ı təmsil edən və miniatür rəsm kitabları sərgisinin kuratorları, heykəltəraş Robert Reş və rəssam Suzanna Riz-Horvitz idi. Onlar incəsənət və demokratiya mövzusunda tələbələrlə müzakirə apardılar.
Dekabrın 10-da tanınmış fəlsəfəşünas Ağalar Məmmədov tələbələrə dilin fəlsəfəsindən danışdı.
Dekabrın 12-də isə Liderlik klubu iqtisadçı Elçin Rəşidov və GDG Professionals firmasının baş meneceri Gülzar Quliyevanın iştirakı ilə özünün yeni formatda ilk görüşünə toplandı. Emosional intellekt fenomeninə həsr olunmuş bu görüş auditoriya ilə test və təcrübələr əsasında qurulmuş interaktiv seminar idi.