
Azad Fikir Universitetində on birinci həftə nəzəri söhbətlərlə təcrübənin ustacasına sintezi ilə yadda qaldı.
Dekabrın 15-də tanınmış hüquqşünas Erkin Qədirli Azad Fikir Universitetinin qonağı idi. O, müasir hüququn meydana gəlməsi, onun yaranmasını şərtləndirən tarixi proseslər barədə tələbələri məlumatlandırdıqdan sonra bu işdə ədəbiyyatın rolundan da danışdı. Eyni zamanda o, hüquq və ədəbiyyat arasında digər bir mühim bağlılıqdan söhbət açdı – sabit hüquqi praktikanın mövcud olmadığı yerdə yaxşı ədəbiyyat da yaranmır.
Dekabrın 17-də Azad Fikir Universitetinin qonağı tanınmış jurnalist Xədicə İsmayılova idi. O, tələbələrə kampaniyaların aparılması və bu işdə medianın rolundan danışdı.