Apple şirkətinin yaradıcılarından və rəhbərlərindən biri olan Stiv Cobs Nyu York Tayms qəzetinin verdiyi məlumata görə özünün rəsmi bioqrafiyasının yazılmasına razılıq verib. Bu bioqrafiyanı tanınmış jurnalist və yazıçı Volter Ayzekson yazacaq, Cobs isə öz növbəsində bütün zəruri informasiyanı onunla bölüşəcək.
Stiv Cobs özünün şəxsi həyatına dair məlumatları qısqanccasına ictimaiyyətdən qorumağı ilə tanınır və onun tərcümeyi-halı barədə məlumatlar olduqca kasaddır. Keçən il, Cobsun həyatı haqqında dörd min sözlük məqalə dərc edən Sandi Tayms qəzeti nəşri daynadırmaq üçün Apple şirkəti tərəfindən müxtəlif təzyiqlərlə üzləşmişdi.
Ona görə də keçən il özünün qaraciyər köçürməsi keçirməsi barədə Cobsun ictimaiyyətə məlumat verməsi böyük səs-küy yaratmışdı.
Bioqrafiyanın müəllifi olacaq Volter Ayzekson keçmişdə məşhur Taym jurnalında redaktor işləyib, bundan öncə isə Eynşteyn və Bencamin Franklin haqqında bestseller kitablar yazıb.