Xatırladaq ki, bu müsabiqənin şərtinə görə hər bir iştirakçı 3 dəqiqə ərzində “Demoracy is...” cümləsinin tamamlayan bir video çarx təqdim etməlidir. Müsabiqə qlobal səviyyədə keçirilir, qaliblər isə 6 region üzrə müəyyən edilir.
Azərbaycandan təqdim olunmuş video Avropa regionunda 3 finalçıdan biridir. Digər finalçılar Polşada təqdim olunan “Democracy is like a keyboard” və İspaniyadan təqdim olunan “World Vote Now” videolarıdır. Digər regionlardan finala çıxan ölkələri və videoları görmək üçün bu linkə daxil olun.
“Democracy Video Challenge” müsabiqəsində jürü yalnız yarımfinalçıları və finalçıları seçmək səlahiyyətinə malikdir. Qaliblər isə 15 may – 15 iyun tarixlərində internetdə keçirilən səsvermə nəticəsində müəyyən ediləcək.
SƏS VERMƏK ÜÇÜN NƏ ETMƏLİ?
Səsvermədə yalnız Youtube-da hesabı olan kəslər iştirak edə bilər. Bundan əlavə səsvermə müsabiqənin yalnız rəsmi səhifəsində verilən səslər etibarlı sayılır. Bunun üçün siz...
1. http://www.youtube.com/democracychallenge səhifəsinə daxil olun
2. Səhifənin yuxarı sağ küncündən öz Youtube hesabınıza daxil olun (Hesabınız yoxsa qeydiyyatdan keçin)
3. Hesabınıza daxil olduqdan sonra 6 regiondan olan 18 video arasında Democracy is POSSIBLE videosunu tapın və altındakı “bəyəndim” işarəsini click edin.
4. Gündə yalnız bir dəfə səs vermək olar
Unutmayın ki, yalnız bu yolla verilmiş səslər qeydə alınacaq.