Joomla ServiceBest Web HostingWeb Hosting


Name:

Email:

Home > About > Speakers
 

Speakers

Erkin Qədirli

Erkin Qədirli 13 may 1972-ci ildə Gəncədə anadan olub. 1994-2006-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq və Beynəlxalq Münasibətlər fakültələrində mühazirələr oxuyub. Müxtəlif vaxtlarda Beynəlxalq Qırmızı Xaç, BMT, Avropa Şurası, ATƏT kimi təşkilatlar üçün, həmçinin çeşidli milli və beynəlxalq layihələrdə və işçi qruplarda ekspert kimi fəaliyyət göstərib. 1998-ci ildə (15 iyun - 17 iyul) Beynəlxalq Cinayət Məhkəməsinin təsisinə dair Romada keçirilmiş BMT-nin Diplomatik Konfransında Azərbaycanın nümayəndə heyətinin üzvü olub. 1999-cu ildə Max-Planck İnstitutu (Almaniya) tərəfindən nəşr edilmiş "Commentary on the Rome Statute of the International Criminal Court" kitabının müəlliflərindən biridir. 25 dekabr 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" ictimai birliyin həmtəsisçisidir.

 

Hikmət Hacızadə

Hikmət Hacızadə 1954-cü ildə Şəkidə anadan olmuşdur. 1983-cü ildə Moskvada fizika-riyaziyyat elmləri namizədi adını almaq üçün dissertasiya müdafiə etmişdir. Azərbaycan EA-nın Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində işləmişdir. Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, birinci İdarə Heyətinin üzvü, AXC-nin "Svoboda" qəzetinin redaktoru olmuşdur. Xalq Cəbhəsinin hakimiyyəti dövründə baş nazirin müavini və Azərbaycanın Rusiyada səlahiyyətli nümayəndəsi işləmişdir. Demokratiya və İnsan haqları barəsində biliklərin ayılması ilə məşğul olan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) qurucusu və vitse-prezidentidir. "Demokratiya haqqında 150 000 işarə" (1995), "İnsan Haqları - bəşəriyyətin əsas ideyası" (1997), "Demokratiya: Gediləsi uzun bir yol" (Demokratiya Antalogiyası) və başqa kitabların müəllifidir.

 

Xədicə İsmayılova

Xədicə İsmayılova Azadlıq Radiosunun Bakı bürosunun rəhbəridir. Azadlıq Radiosuna gəlməzdən öncə xanım İsmayılova  10 il jurnalistikada çalışmış, o cümlədən bir neçə Azərbaycan qəzetində müxbir və redaktor vəzifəsində işləmişdir. Xədicə, “Exo”, “Caspian Business News”, “Eurasinaet.org”, “Washington Times”, “BBC”, “Deutche Welle”,  “Voice of America” (Amerikanın Səsi) kimi kütləvi informasiya vasitələri üçün siyasi və iqtisadi mövzularda yazılar yazmışdır. Xədicə İsmayılova həm də İranda və Azərbaycanda insan hüquqları, eləcə də neft, iqtisadiyyat, daxili və regional siyasət barəsində maraqlı materialların müəllifidir. O, öz yazılarına görə 2001-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi mükafatına layiq görülmüşdür. Eyni zamanda Xədicə İsmayılova jurnalistika sahəsində təlimçi kimi kifayət qədər tanınır.

 

 

Rəşad Şirin

1978-ci ildə Bakıda anadan olub. Baki Dövlət Universitetindən məzun olduqdan sonra Türkiyənin Boğaziçi Universitetində Siyasət ve Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsi alıb. Azərbaycanda vətəndaş cəmiyyəti, demokratikləşmə, beynəlxalq siyasət sahələrinde işləyib. Rəşad Şirin Azad Düşüncələr Assosiasiyasının fəal üzvü, təşkilatın qurucusu və Azadlıq Çırağı saytının yazarlarındandır.





 

İlqar Məmmədov

1970-ci ildə Bakı şəhərində anadan olub. Moskva Dövlət Universitetinin tarix fakültəsini və Budapeştdə Mərkəzi Avropa Universitetinin siyasi elmlər fakültəsini bitirib. 1994-2000-ci illərdə Bakı Dövlət Universitetində elmi işçi vəzifəsində çalışıb. 1998-2003-cü illərdə Milli İstiqlal Partiyası sədrinin müavini olub. Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitəsinin təsisçilərindən biri oldu və Komitənin ilk sədarətinə seçildi. 2007-ci ildə Regional Əməkdaşlıq naminə Qara Dəniz Fondunun (Black Sea Trust for Regional Cooperation) və Gəlirlərə Nəzarət İnstitutunun (Revenue Watch Institute) Məsləhət Şurasına üzv seçildi. Hər iki şurada dünyanın tanınmış ictimai liderləri təmsil olunurlar. 2006-cı ildən Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun İdarə Heyətinin üzvüdür. O, Azərbaycanda ilk siyasi bloqun müəllifidir.

 

Vüqar Bayramov

1975-ci il 13 iyulda anadan olub. ABŞ-ın Vaşinqton Universitetinin məzunu və iqtisad elmləri namizədidir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri kimi, makro-iqtisadiyyat sahə üzrə bir sıra araşdırmaların müəllifidir. Onun son əsərləri ötən il Yaponiyada (SPF Press Nəşriyyatı tərəfindən), Cənubi Afrikada (Open Society Jurnalında) və Böyük Britaniyada (Brighton University Press tərəfindən) çap edilib. O, 30-dan artıq elmi məqalənin müəllifidir. Dünyanın 40-dan artıq universitetində mühazirə oxuyub. Azərbaycandan ilk dəfə Dünyanın Gələcək Liderləri Forumunda iştirak edib. Həmçinin Dövlət Neft Fondunun Gəlirlərindən İstifadə İstiqamətləri Strateji Sənədin müəllifidir. Dövlət İqtisad Universitetində dərs deyən Bayramov ingilis, rus və fransız dillərini bilir.

 

Leyla Əliyeva

Leyla Əliyeva - elmlər doktoru, müstəqil siyasi təhlilçi və politoloq, Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (Center for National and International Studies) prezidenti. Leyla Əliyeva həmçinin Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (1991-1997) qurucularından biri və prezidenti olmuşdur. O, Harvard Universiteti (1993-1994), Vudro Vilson Mərkəzi - Kennan İnstitutu (1995), Kaliforniya Universiteti-Berkli (2000) və Con Hopkins Universitetində (2001) tədqiqatlar aparmış, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin müşaviri, eləcə də Birləşmiş Millətlər İnkişaf Proqramının Azərbaycan üzrə Milli Koordinatoru (1999) olmuşdur. Tədqiqat sahələri post-Sovet məkanında konfliktlər, təhlükəsizlik, neft və siyasət məsələlərini əhatə edir.

 

Qubad İbadoğlu

Qubad İbadoğlu Bayramov 1971-ci ildə anadan olub. 1987-ci ildə fizika üzrə respublika olimpiadasının qalibi olub. 1992-ci ildə ADİU-nu və 1996-cı ildə aspiranturasını bitirib. 1999-2000-ci illərdə Varşavada Ali İqtisad Məktəbində, 2004-2005-ci illərdə Budapeştdə Mərkəzi Avropa Universitetində tədqiqatlar aparıb. 2008/2009-cü tədris ilində ABŞ-ın Kanzas və Şimali Karolina Universitetlərində ixtisasartırma kursları keçib və elmi tədqiqatla məşğul olub. 15-dək kitabı və elmi əsərləri dünyanın 10-dan çox ölkəsində çap olunub. Ekspert İqtisad Jurnalının baş redaktoru, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədridir. 2007-ci ildən İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricidir. 2009-cu ildə isə Qara Dəniz QHT Forumunun İdarə Heyətinə üzv seçilib.

 

İsaxan Aşurov

1955-ci ildə Gürcüstanda anadan olub. 1977-ci ildə BDU-nun hüquq fakültəsinə bitirmişdir. 1977-81-ci illərdə Qazax Polis Şöbəsində, 1981-84-cü illərdə Tovuz rayon Polis Şöbəsində müstəntiq, 1984-89-cu illərdə isə SSRİ DİN-nin Baş İstintaq Qrupu istintaq briqadasının müstəntiqi vəzifəsində çalışmışdır. 1989-91-ci illər ərzində Tovuz polis şöbəsində istintaq bölməsi rəis, 1991-92-ci illərdə Göyçay rayon Polis Şöbəsində baş müstəntiq, 1992-93-cü illərdə Qazax rayon Polis Şöbəsinin rəisi vəzifəsində işləmişdir. 1993-94-cü illərdə vəzifə səlahiyyətlərindən istifadə edərək Sürət Hüseynova və digərlərinə qarşı müqavimət göstərmiş, dövləti müdafiə etdiyinə görə həmin dəstə tərəfindən həbs edilmişdir. 94-cü ildə həbsdən azad olunmuşdur. 1996-cı ildən vəkil kimi çalışır. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.

 

 

Facebook fanpage